Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

İlham Əliyev Petro Poroşenko ilə görüşüb


P.Poroshenko və İ.Əliyev

Noyabrın 23-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Petro Poroşenkonun görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, bundan əvvəlki görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı müzakirələr aparılıb. O bildirib ki, bundan sonra da ticarət dövriyyəsinin artırılacağına ümid edir.

Prezident P.Poroşenko isə iki ölkə arasında iqtisadi münasibətlərə toxunaraq, Azərbaycanın Ukraynaya ixracının artmasını iqtisadi əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İ.Əliyev noyabrın 23-ü Brüsseldə daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberqlə görüşmüşdü. Həmin görüşdə də Azərbaycanla NATO arasında əməkdaşlıq, Qarabağ münaqişəsi və bir sıra məsələlər müzakirə edilmişdi. Cənab Y.Stoltenberq Azərbaycan prezidentini təhlükəsizlik sahəsində islahatların daha da artırılmasına, korrupsiya ilə mübarizə sahəsində NATO proqramlarından tam faydalanmağa səsləyib.

Bu gün, noyabrın 24-də Belçikada Avropa Birliyinin «Şərq Tərəfdaşlığı»nın beşinci sammiti keçirilməlidir. Azərbaycan prezidentinin həmin tədbirdə iştirak etməkdən ötrü Belçikaya səfər etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG