Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:56

Bakıda gender zorakılığı müzakirə edilib


Hicran Hüseynova

“Bütün yerli icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Bu qruplar baş verən zorakılıq hallarını araşdırır, qurbanının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir”.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə deyib.

Komitə sədri bu gün, oktyabrın 24-ü “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfransda çıxış edib. Konfrans ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində baş tutub.

Buna da bax:​ 170 minlik qalmaqaldan xəbər var

Konfransda məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi sahəsində qurumlararası əlaqələndirmə şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması üzrə tövsiyələrin müzakirəsi keçirilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Məişət Zorakılığı haqqında qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyindən danışıb.

“Zorakılıqdan zərər çəkmişlərin müdafiə və ədliyyə xidmətlərinin bütün mərhələlərində səmərəli yardım almasını təmin etmək üçün müvafiq hüquqi islahatların effektiv mexanizmlər ilə müşayiət olunması vacibdir. Bu prosesin gücləndirilməsindən ötrü biz gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi üzrə hökumətə yüksək səviyyəli texniki yardım göstərmişik”, – o deyib.

Buna da bax:​ Adı rüşvət qalmaqalında hallanan komitə sədri danışdı

ABŞ səfirliyinin missiya rəhbərinin müavini Uilyam Gil bu məsələdə əməkdaşlıqdan danışıb.

“Ümid edirik ki, birgə səylər nəticəsində gender əsaslı zorakılığın qarşısının alınması üçün effektiv milli istiqamətləndirmə və müdafiə mexanizmi təsis ediləcək”, - o qeyd edib.

XATIRLATMA

Azərbaycanda gender zorakılığı ilə bağlı rəsmi statistik bilgilər açıqlanmır.

Ötən il BMT-nin Əhali Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu sahədəki durumu araşdırmaq məqsədilə sorğu aparmışdı. Həmin sorğunun nəticələrində qeyd edilirdi ki, Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalırlar.

Zorakılığa məruz qalma hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlindiyi iddia olunurdu.

Xüsusilə, məcburi köçkün və qaçqınlar arasında zorakılıq hallarının daha yüksək olduğu vurğulanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG