Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:07

Müdafiə naziri Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Tacikistan paytaxtı Düşənbədə keçiriləcək toplantısına qatılacaq. Toplantı oktyabrın 12-də baş tutacaq.

Bu haqda bu gün, oktyabrın 6-da Z.Həsənovun Tacikistanın Azərbaycana yeni təyin olunan səfiri Rustam Soliyev ilə görüşündə məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, səfirlə görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib.

Buna da bax:​ Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb

Tərəflər hərbi əməkdaşlıq, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspektivlərinə diqqət ayırıblar. Regional təhlükəsizlik və müdafiə sahəsinə dair də fikir mübadiləsi aparılıb.

Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının oktyabrın 12-si Düşənbədə keçiriləcək toplantısında əməkdaşlıq, regional təhlükəsizlik və başqa məsələlərin müzakirəsi gözlənir.

Xatırlatma

Müstəqil Dövlətlər Birliyi – Baltikyanı ölkələri çıxmaqla keçmiş SSRİ respublikasının əksəriyyətinin birləşdiyi dövlətlərarası birlikdir. Təşkilat, SSRİ-nin süqutundan sonra, 1991-ci il dekabrın 8-də yaradılıb.

Buna da bax: Hərbçilərə növbəti yaşayış kompleksi tikilib

Azərbaycan 1991-ci ildən bu qurumla əməkdaşlıq edir.

Ölkə parlamenti MDB-yə üzv olmaq haqqında qərarı yalnız, keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında ratifikasiya edib. Bununla Azərbaycan MDB-nin tam hüquqlu üzvü olub.

Rusiya qoşunlarının 2008-ci ildə Gürcüstan ərazisinə daxil olmasından sonra Gürcüstan bu qurumdan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG