Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:12

Hərbçilərə növbəti yaşayış kompleksi tikilib


Zakir Həsənov. Foto arxiv

Müdafiə naziri Zakir Həsənov Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilən yaşayış kompleksinin açılışında iştirak edib.

Bu barədə bu gün, sentyabrın 19-u Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, rəhbər heyət hərbi qulluqçulara yaradılan şəraitlə maraqlanıb və tikintilərə baxış keçirib.

«Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin, ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq, əşya anbarları, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərlə tanış olub. Sonra müdafiə naziri mövqelərdə texnikaya baxış keçirib. Mühüm obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə qoşunların fəaliyyəti və digər məsələlərlə bağlı şəxsi heyət qarşısında müvafiq tapşırıqlar qoyub», - məlumatda vurğulanır.

Bu günlər müdafiə naziri Hava Hücumundan Müdafiə qoşunlarının cəbhəboyu zonada başqa bir bölməsində inşa edilən yaşayış kompleksinin də açılışında iştirak etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG