Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:07

Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb


“TurAz Qartalı - 2017” Türkiyə-Azərbaycan birgə taktiki-uçuş təlimləri

Sentyabrın 29-da “TurAz Qartalı - 2017” Türkiyə-Azərbaycan birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimi olub. Mərasimə müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Nurettin Canikli də qatılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirən nazirlər onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıblar.

Buna da bax:​ Azərbaycan XİN: 'İraqın bütövlüyünü dəstəkləyirik'

Təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətlərin, aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub. Planlaşdırılan birgə işlər müzakirə edilib.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin davamlı olaraq keçirilməsi hər iki ölkənin pilotlarının praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaq.

Tədbirdə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlərin təlim ərazisində nümunəvi uçuşları həyata keçirilib.

Buna da bax: Müdafiə nazirlərinin təkbətək görüşü olub

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri sentyabrın 18-də başlamışdı.

Təlimlər Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, həyata keçirilib.

Azərbaycanda keçirilən təlimlərdə iki ölkəyə məxsus MiQ-29, F-16, Su-25, “C-130 Herkules”, “CASA CN-235” təyyarələri, “Mi-35”, “Mi-17” və “Sikorski S-70” helikopterlərindən ibarət 30-a qədər aviasiya vasitəsi iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG