Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 19:56

Azərbaycan XİN: 'İraqın bütövlüyünü dəstəkləyirik'


Azərbaycan Xarici İşlər Nazirliyi

«Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tanıyır, tam şəkildə dəstəkləyir».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İraqın kürdlər yaşayan bölgəsində keçirilən referendumla bağlı deyib.

«Azərbaycan məsələlərin sülh yolu ilə, qarşılıqlı anlaşma və dialoq şəraitində həllinə tərəfdardır. Məsələ İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir», - deyə H.Hacıyev bildirib.

Sentyabrın 25-də İraqın Kürdüstan bölgəsində müstəqillik referendumu keçirilib.

Səsverməni İraq Kürdüstan Regional Hökuməti (İKRH) təşkil edib. Təşkilatçıların iddialarına görə, həmin ərazi əhalisinin əksəriyyəti müstəqilliyə tərəfdar olub. Ancaq istər İraq hökuməti, istərsə də onun qonşuları - Türkiyə və İran referendumu qanunsuz sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG