Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 17:59

Müdafiə nazirlərinin təkbətək görüşü olub


Müdafiə naziri Zakir Həsənov Türkiyə Milli Müdafiə naziri Nurəddin Canikli ilə görüşüb. 28sent2017

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO-nun həyata keçirdiyi sülhməramlı əməliyyatlar çərçivəsində aparılır. Strateji tərəfdaşlıq daim inkişaf edir.

Bu fikirlər, bu gün, sentyabrın 28-i müdafiə naziri Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Nurettin Canikli-nin görüşündə ifadə edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Z.Həsənov bölgədəki hərbi-siyasi vəziyyətdən danışıb. Qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə regional sabitliyə ciddi təhdiddir.

Buna da bax:​ Prezident Türkiyənin müdafiə nazirini qəbul edib

Son illər Azərbaycanda və Türkiyədə hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən nazir gələcəkdə bu cür təlimlərin sayının artırılmasının vacibliyini vurğulayıb.

N. Canikli isə iki ölkə arasındakı əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu bildirib.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əlaqələrinin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.

Tərəflər birgə hərbi planların işlənilməsinə, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkilinə də diqqət ayırıblar.

Buna da bax: 'TurAz qartalı-2017' birgə təlimləri keçiriləcək

Müdafiə nazirləri həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparıblar.

Xatırlatma

Türkiyənin milli müdafiə naziri N.Canikli Azərbaycana sentyabrın 27-si gəlib.

Bu gün, sentyabrın 28-i Azərbaycan prezidenti İlham Əliyev də Nurettin Canikli-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səfər çərçivəsində N.Caniklinin Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin «TurAz Qartalı – 2017» birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı da nəzərdə tutulub.

Buna da bax:​ Hamının hamıya qarşı 40 illik müharibəsi

Sentyabrın 18-i başlanan təlimlərin sentyabrın 29-da başa çatacağı gözlənir. Təlimlərdə Azərbaycan və Türkiyənin hərbi qırıcı təyyarələri və döyüş helikopterləri iştirak edir.

Türkiyə NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) üzvidir. Azərbaycan isə bu Alyansla Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində əməkdaşlıq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG