Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

'TurAz qartalı-2017' birgə təlimləri keçiriləcək


'TurAz qartalı-2017' təlimlərinin emblemi

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək. Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin keçirilməsi nəzərdə tutulur.

Buna da bax:​ Rusiya və Belarusda ‘Zapad 2017’ təlimləri başlayır

“Sentyabrın 18-dən başlayacaq təlimlərdə iki ölkəyə məxsus MiQ-29, F-16, Su-25, “C-130 Herkules”, “CASA CN-235” təyyarələri, “Mi-35”, “Mi-17” və “Sikorski S-70” helikopterlərindən ibarət 30-a qədər aviasiya vasitəsi iştirak edəcək”, - xəbərdə vurğulanır.

Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması ilə bağlı çoxcəhətli tapşırıqlar yerinə yetiriləcək.

Xəbərə görə, təlimlərin sentyabrın 30-a kimi davam edəcəyi gözlənilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG