Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

Prezident Türkiyənin müdafiə nazirini qəbul edib


Nurettin Canikli

Bu gün, sentyabrın 28-i Azərbaycan prezidenti İlham Əliyev Türkiyə milli müdafiə naziri Nurettin Canikli-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev görüşdə deyib ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlıq mövcuddur. İki ölkə arasında tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən prezident vurğulayıb ki, bu, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.

Milli müdafiə naziri N.Canikli isə deyib ki, Azərbaycan ilə Türkiyə qardaş ölkələrdir. Onun deməsinə görə, məqsəd əlaqələri daha da genişləndirmək və möhkəmləndirməkdir.

N.Canikli sentyabrın 27-si Azərbaycana gəlib. Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın müdafiə naziri ilə də görüşü gözlənir. Onların həmçinin, Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin «TurAz Qartalı – 2017» birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı da nəzərdə tutulub.

Sentyabrın 18-i başlanan təlimlərin sentyabrın 29-da başa çatacağı gözlənir. Təlimlərdə Azərbaycan və Türkiyənin hərbi qırıcı təyyarələri və döyüş helikopterləri iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG