Keçid linkləri

2025, 04 İyul, Cümə, Bakı vaxtı 05:55

Parlamentə bu dəfə tüstülü şaşka gətirdilər


Rada 6 oktyabr
Rada 6 oktyabr

Ukrayna parlamenti Ali Rada oktyabrın 6-da Donbassın xüsusi statusu haqda qanunun müddətini bir il də uzatdı, Donbassın Ukrayna tərkibinə reinteqrasiyası və Rusiyanın təcavüzkar hesab edilməsi haqda qanunu isə birinci oxunuşda qəbul etdi.

Qanunlar müzakirə olunan vaxt tribuna yanında dava düşüb, bundan sonra deputat Yuriy Levchenko zalda tüstülü şaşka yandırıb.

O deyib: “Bunu mən yandırmışam, ancaq kim gətirib, deməyəcəyəm. Mən onu yandırdım və yerə qoydum ki, heç kimin başına dəyməsin. Ancaq atmalı adamlar var”

Daxili İşlər nazirinin müşaviri Shkiryak deyib ki, bu şaşka məsələsi ilə prokurorluq məşğul olmalıdır.

Bundan əvvəl Donbassın xüsusi statusu haqda prezident qanunu Radadan geri çağrıldı, işlənərək Rada komitəsinə verildi.

Müzakirələr isə yenə qızğın keçdi.

Rada 6 oktyabr
Rada 6 oktyabr

Deputatlar və ekspertlər bu qanunu ziddiyyətli sayır. Onlar hətta qanuna səs verməməyə çağırırdılar.

XS
SM
MD
LG