Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 17:01

Koreya lideri Trumpı "xərifləmiş" adlandırıb


Kim Jong Un və Donald J. Trump

Şimali Koreya lideri Kim Jong Un ABŞ prezidenti Donald Trumpı “xərifləmiş” adlandırıb və deyib ki, Trump Şimali Koreyanı darmadağın etmək hədəsinə görə, çox yüksək haqq ödəyəcək.

Maraqlıdır ki, bu bəyanatı yayan Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin təqdim etdiyi ingilscə mətndə Kim Jong Unun işlətdiyi "dotard" sözünü hətta bir çox ingilisdillər belə, başa düşməyiblər. Çünki bu sözü İngiltərədə indi heç kim işlətmir. O, 1350-1400-cü illərə aiddir. Mənası isə qocaldıqca ağlını itirən, başqa sözlə, xərifləmiş qocadır.

Kim Jong Un bunu sentyabrın 22-də Şimali Koreyaya qarşı sanskiyalar və Trumpın BMT Baş Assambleyasında sentyabrın 19-dakı çıxışına cavab olaraq bildirib.

Trumpın sentyabrın 21-də imzaladığı fərman Şimali Koreya vətəndaşlarına və şirkətlərinə qarşı sanskiyaların genişləndirilməsini nəzərdə tutur.

Trump jurnalistlərə deyib ki, Şimali Koreya rejiminə maliyyə dəstəyi yolverilməzdir.

Kim Jong Un sentyabrın 22-də deyib ki, Trump “dünya qarşısında çıxış edərkən kiminsə haqqında danışanda sözlərinə fikir verməlidir və diqqətli olmalıdır”

“Mən ABŞ Ali Komandanı olan adamı Şimali Koreyanı tam dağıtmağı tələb edən çıxışına görə çox yüksək haqq ödəməyə məcbur edəcəyəm”.

Trump deyib ki, onun son fərmanı Maliyyə nazirliyinə Şimali Koreya ilə iş görən banklara qarşı sanskiyalar tətbiq etməyə imkan verir.

Trumpın sözlərinə görə, Çin Mərkəzi Bankı banklara göstəriş verib ki, Şimali Koreya ilə əməkdaşlıq etməsinlər. Yeni sanskiyalar gəmi ilə daşımaları və ticarət şəbəkələrini də əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG