Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:44

Müdafiə naziri İsrailin aparıcı hərbi müəssisələrində olub


Zakir Həsənov İsraildə

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində olub.

Bu barədə, bu gün, sentyabrın 14-ü müdafiə nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb. O, müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

Buna da bax:​ Müdafiə naziri ‘Yad Vaşem’i ziyarət edib

Zakir Həsənov sentyabrın 11-dən İsraildə səfərdədir. O bu müddət ərzində İsrail müdafiə naziri Aviqdor Liberman ilə görüşüb regional və iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Habelə, müdafiə naziri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə də görüşüb.

Müdafiə naziri eyni zamanda İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində də olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG