Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:14

Ermənistanın müxalifət fraksiyası ölkənin Avrasiya iqtisadi birliyindən çıxmasını təklif edib


Nikol Pashinian

Ermənistanda müxalifətdə olan “Yelk” fraksiyası sentyabrın 14-də milli məclisdə ölkənin Avrasiya iqtisadi birliyindən çıxmasına başlanması ilə bağlı rəsmi təşəbbüslə çıxış edib.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

“Bir qədər əvvəl biz milli məclisə məsələ ilə bağlı müvəqqəti komisiya yaradılmasını təklif etmişik. Komisiya bizim bu birliyə qoşulmaqla nə itirib, nə qazandığımızı və gələcək üzvlüyün ölkənin strateji maraqlarına nə qədər cavab verdiyini müəyyən etməlidir”, blokun parlamentdəki fraksiyasının rəhbəri Nikol Pashinyan deyir.

Qeyd edək ki, Ermənistan 2015-ci il yanvarın 2-dən Avrasiya iqtisadi birliyinin tam hüquqlu üzvüdür.

Moskvanın rəhbərlik etdiyi bu birliyə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Ermənistan prezidenti Serzh Sarkisian 2013-cü ilin payızında Rusiyaya getdikdən sonra Yerevan Avropa Birliyi ilə Asosasiya sazişini imzalamaqdan imtina elədi.

Bir çox ekspertlər hesab edir ki, Ermənistan Avrasiya iqtisadi birliyinə Moskvanın təzyiqi ilə qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG