Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 16:53

Azərbaycan və İran prezidentləri görüşüb [yenilənib]


İlham Əliyev və Hassan Rohani

Sentyabrın 10-u Astanada Azərbaycan prezidenti İlham Əliyevin İran İslam respublikasının dövlət başçısı Həsən Ruhani ilə görüşü olub.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev deyib ki, biz dost ölkə olaraq İranın uğurlarına sevinirik. O, Azərbaycan-İran dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib

Prezident Həsən Ruhani isə ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb.

Buna da bax:​ Prezident: “ Ermənistana inanmaq lazım deyil”

O, eyni zamanda Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığının regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. İran Prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünün Tehranda keçiriləcəyini bildirərək, prezident İlham Əliyevi həmin tədbirə dəvət edib.

Sonuncu belə görüş 2016-cı ildə Azərbaycanda keçirilib.

Prezident İlham Əliyev də İran dövlət başçısını ona münasib olan vaxtda Azərbaycana dəvət edib.

Sentyabrın 10-u Astana Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) elm və texnologiyalar üzrə sammiti keçirilir.

Buna da bax:​ Hassan Rouhani: Yeni prezidentlik dövründə yeni sınaqlar

Həmçinin, Astanada “EKSPO-2017” beynəlxalq sərgisinin rəsmi bağlanış mərasimidir. Prezident İlham Əliyev dünən, sentyabrın 9-u sərgidə olub. İyunun 10-da açılan bu sərginin əsas mövzusu “Gələcəyin enerjisi” idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG