Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 12:02

Ukraynada ABŞ və digər NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb


Foto arxiv

Ukraynanın Xmelnitsk vilayətindəki hərbi-hava bazasında birgə Ukrayna-ABŞ təlimləri başlayıb.

Ukrayna ordusunun mətbuat xidmətindən verilən məlumata görə, ABŞ-dakı hərbi-hava bazalarından birinin mütəxəssisləri sentyabrın 9-da başlayan “Rapid Trident - 2017” təlimində ukraynalı həmkarlarına “müxtəlif şəraitlərdə digər növ ordularla qarşılıqlı hərəkət üsullarını” öyrədirlər.

Hərbi təlimin əsas hissəsi isə sentyabrın 11-23 arası Lvovdakı “Yavorivsk” poliqonunda keçiriləcək.

Bu təlimlərdə 10-dan artıq ölkədən 2 500-dən çox hərbçi iştirak edəcək.

Hərbi təlimlərdə Ukrayna və ABŞ-la yanaşı Kanada, Britaniya, İtaliya, Norveç, Polşa,Türkiyə,

Gürcüstan, həmçinin Moldova iştirak edəcək.

“Rapid Trident - 2017” təliminin rəsmi saytında qeyd edilir ki, Ukraynaya dəstək məqsədilə keçirilən manevrlərdə ABŞ və NATO-nun digər müttəfiqləri regionda sülh və sabitliyin qorunmasını məşq edəcəklər.

Ukraynanın müdafiə nazirliyi bəyan edib ki, “Rapid Trident - 2017” müntəzəm keçirilən illik təlimdir və sentyabrın 14-də başlanacaq “Zapad-2017” Rusiya-Belarus birgə təliminə cavab deyil.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroshenko sentyabrın 7-də Ali Radada çıxış edərkən Rusiya ordusunun ölkə ərazisinə geniş hərbi müdaxiləsini istisna etməyib.

Onu da qeyd edək ki, Moldovanın rusiyapərəst prezidenti İgor Dodonun qadağasına baxmayaraq, ölkənin müdafiə nazirliyi Ukraynada keçirilən hərbi təlimlərdə iştirak etmək üçün “Yavorivsk” poliqonuna 57 hərbçi göndərib.

Moldova hökuməti sentyabrın 6-da onların bu təlimlərdə iştirakına razılıq verib.

Dodon hökuməti hakimiyyəti qəsb etməkdə günahlandırıb, təlimdə iştirak edən hərbçilərin isə cəzalandırılacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG