Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 03:09

Almaniyada supermarketdə bıçaqlama hücumu, ölən var


Hamburg, bıçaq hücumu olunan supermarket. 28 iyul, 2017

Birləşmiş Ərəb Əmirlklərindən (BƏƏ) olan bir kişi iyulun 28-də Almaniyanın Hamburg şəhərində bir nəfəri bıçaqlayıb öldürüb, altı nəfəri yaralayıb. Məlumatı alman polisi yayıb.

Şahidlərin deməsinə görə, 26 yaşlı kişi “Allahu Akbar” qışqırıb, yoldan keçənlər onu dayandıra bilib və həbs olunub.

Buna da bax:​ Türkiyə ilə Almaniya söz savaşına başlayıb

“Der Tagesspiegel” qəzetinin yazdığına görə, polis həmin şəxsi islamçı kimi tanıyır. DPA xəbər agentliyi yazır ki, təhlükəsizlik orqanları onun sələfilərlə əlaqələrini araşdırır.

Öldürülən şəxs 50 yaşlı almandır.

Polis bildirir ki, yaralıların hamısı xəstəxanadadır, bəzilərinin yarası ağırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG