Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:36

"Gədəbəy" yatağında qızıl hasilatı azalıb. Bu ilin birinci yarısında 23 min 218 unsiya qızıl çıxarılıb. Bu, 2016-cı ilin eyni dövrünün eyni göstəricilərindən 31,4 faiz azdır.

“Turan” Agentliyinin xəbərinə görə, bu haqda qızıl yatağının operatoru olan "Anglo-Asian Mining" şirkətinin məlumatında bildirilir.

Məlumatda yazılır ki, ilin əvvəlindən şirkət 85 min unsiya gümüş, 1,3 min ton mis çıxarıb. Bundan başqa, birinci yarımildə 6,4 min ton mis konsentratı istehsal edilib.

Buna da bax:​ 'AzerGold' qiymətli metalları satışı çıxarıb

Bu ilin birinci yarısında "Anglo-Asian Mining" şirkətinin satış həcminin də azaldığı bildirilir. Məlumata görə, azalma 43,6 faiz olub. Ümumilikdə 15 min 689 unsiya qızıl külçəsinin satıldığı bildirilir.

Xatırlatma

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Buna da bax:​ Gədəbəy qızıl-filiz yatağından 2 tondan çox qızıl çıxarılıb

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG