Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 09:03

'AzerGold' qiymətli metalları satışı çıxarıb


Qızıl

«AzerGold» Qapalı Səhmdar Cəmiyyəti ikinci partiya qızıl-gümüş tərkibli xəlitələrin saflaşdırılması və satılması məqsədilə «Argor-Heraeus» şirkətinə göndərib.

Qurumun yaydığı məlumatda deyilir ki, onun satışından təxminən 21 milyon dollar gəlir gözlənilir.

72 ədəd qızıl-gümüş tərkibli xəlitənin çəkisi 1283 kiloqramdır. Bunun 16.3 min unsiyasını qızıl, 22.2 min unsiyasını gümüş təşkil edir.

Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il sərəncamı ilə «AzerGold» Qapalı Səhmdar Cəmiyyəti təsis edilib. Cəmiyyətin əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG