Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:57

Gədəbəy qızıl-filiz yatağından 2 tondan çox qızıl çıxarılıb


İnfoqrafika, kimin daha çox qızılı var

Ötən il Gədəbəy qızıl-filiz yatağında 2100 kq qızıl, 5300 kq gümüş, 1940 kq mis istehsal edilib.

Bu barədə Nazirlər Kabinetinin açıqladığı son hesabatda bildirilir.

Hesabata görə, ötən il Gədəbəy müqavilə sahəsində yeni “Qədir” və "Uğur" sahələri aşkar edilib. “Qədir”-in inyeraltı üsulla istismarına başlanılıb, "Uğur" isə istismara hazırlanır, deyə hökumət bildirir.

Qeyd olunub ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən beşillik strategiya planı hazırlanıb. Plan mədən və yataqlarla bağlı görüləcək işləri əhatə edir. Bu strategiyanın tərkib hissəsi kimi 2017-ci ildə“Çovdar” qızıl mədənində 40 min unsiya (1286 kq) qızıl və 60 min unsiya (1929 kq) gümüş hasilatı proqnozlaşdırılır.

“Qarşıdakı illərdə “AzərGold” digər filiz mədənlərinin (Balakən rayonunun Kohnəmədən sahəsində yerləşən Filizçay və Mazımçay yataqları və NMR Culfa rayonunda yerləşən Göydağ filiz sahəsi) istismarı ilə əlaqədar işlərin həyata keçirilməsini planlaşdırır”, - sənəddə bildirilir.

«AzerGold» Qapalı Səhmdar Cəmiyyəti prezident sərəncamı ilə 2015-ci ilin fevralındayaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətəməxsusdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG