Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 00:21

Bütün şahidlərin məhkəmədə dindirilməsi tələb olundu


Faiq Əmirli məhkəməyə gətirilən zaman

"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəməyə şahidlər gəlməkdən imtina edirlər.

Ona görə də prokuror məhkəməyə gəlmək istəməyən şahidlərin ifadələrinin elan olunması haqda vəsatət qaldırmış, bununla kifayətlənməyi təklif etmişdi.

İyulun 6-da keçirilən məhkəmədə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev prokurorun vəsatətinə etiraz edib. Müdafiəçi bildirib ki, ittiham tərəfinin bütün şahidlərinin məhkəmədə dindirilməsini istəyirlər.

Buna da bax:​ 'Azadlıq' qəzetindən 10 min manat təzminat tələb olunur

“GÖRDÜK Kİ, İFADƏLƏR XEYRİMİZƏDİR”

"Biz əvvəl ittiham tərəfin şahidləri siyahısında adları olan şəxslərin burada dindirilməsini istəmirdik. Çünki istintaqda dindirilmiş həmin şahidlərin ifadələrinin Faiq Əmirlinin işinə heç bir aidiyyəti yoxdur. Amma bu şahidlərin bir qismi məhkəməyə dindiriləndə gördük ki, onların ifadələri bizim xeyrimizədir. Ona görə də bütün şahidlərin dindirilməsində israrlıyıq", – Fəxrəddin Mehdiyev belə deyib.

Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

Faiq Əmirli də müdafiəçisinin söylədiklərini dəstəkləyib.

Səbail Rayon Məhkəməsində bu işə baxan hakim Aytən Əliyeva prokurorun vəsatətini rədd edib.

Buna da bax:​ Vəkil şahidə: 'Faiq Əmirlinin maşını nə rəngdədir?'

Fəxrəddin Mehdiyev bildirib ki, onlar məhkəmədə əlavə şahidlərin də dindirilməsini istəyirlər. Hakim deyib ki, ittiham tərəfin şahidləri ilə bağlı məsələ yekunlaşandan sonra əlavə şahidlərlə bağlı vəsatət müzakirəyə çıxarıla bilər.

Ardınca şahid Rəna Əfəndiyeva dindirilib. O bildirib ki, "Azadlıq" qəzetində sənədinin itməsi haqda elan verib. Bu elana görə cəmi 2 manat pul ödədiyini deyən şahid Faiq Əmirlini tanımadığını söyləyib.

Faiq Əmirlinin məhkəməsi iyulun 10-da davam edəcək.

Buna da bax:​ Xanımı: 'Faiq Əmirlinin üzündə keyimə yaranıb'

XATRILATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

F.Əmirliyə verilmiş bəzi ittihamlar isə məhkəməsi öncəsi götürüldü. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Buna da bax:​ Faiq Əmirlinin məhkəməsinə şahidlər məcburi gətiriləcək

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG