Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 10:30

'Azadlıq' qəzetindən 10 min manat təzminat tələb olunur


"Azadlıq" qəzetinin keçmiş ofisi

Həbsdəki jurnalist Fikrət Fərəməzoğluyla bağlı açılmış cinayət işinə şahid qismində cəlb edilənlərdən Şirin Abdullayev “Azadlıq” qəzetini məhkəməyə verib. O, qəzetdən 10 min manat təzminat istəyir.

İyulun 5-də Yasamal rayon Məhkəməsində qəzetə qarşı mülki iddia üzrə məhkəmə baxışı keçirilib.

Məhkəmə iddiasına qəzetdə dərc edilmiş “Jurnalistin üzünə duran “bandotdel” rəisinin dostu imiş” başlıqlı yazı səbəb olub. Həmin yazı Fikrət Fərəməzoğlunun məhkəmə prosesindən hazırlanıb. Şirin Abdullayev hesab edir ki, məqalədəki fikirlər onun şərəf və ləyaqətini ləkələyir.

Buna da bax:​ Fikrət Fərəməzoğlunun ittihamları ağırlaşdırıldı

Məhkəmə daha öncə sözügedən yazınının araşdırılması üçün linqvistik ekspertizaya göndərmişdi.

İyulun 5-də keçirilən məhkəmə prosesində ekspert Almaz Bayramovun verdiyi rəy açıqlanıb. Rəydə məqalənin adıçəkilən şəxsin şərəf və ləyaqətini ləkələdiyi bildirilir.

“Azadliq” qəzetini müdafiə edən vəkillər məhkəməyə yazılı vəsatət təqdim edərək ekspert rəyi ilə bağlı suallarının olduğunu, rəyi verən ekspertin məhkəməyə dəvət edilməsini tələb ediblər.

Məhkəmə vəsatəti təmin edib. Proses avqustun 7-də davam etdiriləcək.

Buna da bax: 'Qəzet 11 səbəbə görə çıxmırdı...'

XATRILATMA

“Azadlıq” qəzeti ötən ildən çapını dayandırıb.

Bir neçə il əvvəl qəzetin baş redaktoru Qənimət Zahid, bu ilin əvvəlində isə qəzetin redaktoru Rahim Hacıyev Avropaya mühacirətə yollanıb.

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli isə həbs olunub. Ötən il avqustun 20-də saxlanılan F.Əmirli Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Onun məhkəmə prosesi davam edir.

Buna da bax:​ RSF: 'Azərbaycanda olan-qalan tənqidi jurnalistlər də əzilir'

Bu ilin aprelində məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbilə qəzetin www.azadlıq.info ünvanındakı saytını bloklamaq barədə qərar çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG