Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:10

'Qəzet 11 səbəbə görə çıxmırdı...'


“Cənub xəbərləri” qəzetinin redaktoru Zahir Əmənov
“Cənub xəbərləri” qəzetinin redaktoru Zahir Əmənov

“Cənub xəbərləri” qəzeti 9 aydan sonra yenidən işıq üzü görüb.

Bu qəzet 1992-ci ildə “Masallı Xəbərləri”, 1993-cü ildən isə “Cənub Xəbərləri” kimi fəaliyyət göstərir. Əsasən, ölkənin cənub rayonlarında yayımlanır.

Qəzetin naşiri və baş redaktoru Zahir Əmənov qarşılaşdığı problemlərlə bağlı bunları deyir:

Buna da bax:​ «Cənub xəbərləri» qəzeti çapını dayandırıb

Qəzet buraxmamağın ən azı 11 səbəbi

”Xeyli çək-çevir etdik. Əslində, qəzet buraxmamağın ən azı 11 səbəbi var. Ən başlıca səbəb odur ki, pul yoxdur. Digər tərəfdən nəşriyyatlar qəzet çapına görə qiyməti qaldırıblar. Qəzetin geniş oxucu çevrəsi var. Lakin bu çevrənin əksəriyyəti pul verib, qəzet ala bilmir. Yaxud da pulla qəzet almağa maraqlı deyil. Qəzet nə satışdan, nə də reklamdan qazanc əldə edə bilir...”

Zahir Əmənov bütün bu maneələrə, hələ ki, duruş gətirmək əzmində olduqlarını söyləyir:

Buna da bax: Masallı boyda Kremençukda yerli qəzetin tirajı 150 mindir...

“Nə iqtidara, nə də müxalifətə dəstək vermək niyyətindəyik”

“Nə partizanlıq etmək, nə iqtidara, nə də müxalifətə dəstək vermək üçün qəzeti bərpa etmişik. Sadəcə, bölgədə baş verən olayları olduğu kimi çatdırmaq, tariximizə, mədəniyyətimizə daha gur işıq salmaq, haqqı pozulan insanlara dəstək vermək üçün bərpa etdik”.

“Cənub xəbərləri” qəzeti
“Cənub xəbərləri” qəzeti

“Tənqid etmək indi çətinləşib”

Baş redaktor deyir ki, regionlarda QHT-lərin zəifləməsi qəzetin informasiya mənbələrinin azalmasına səbəb olub:

“Biz QHT-lərlə, layihələrlə işləyirdik. Artıq, layihələrə gedən yollar bağlanıb. Xüsusən əyalət qəzetləri üçün. Oxucular isə tənqidi və araşdırma materiallar istəyir. Tənqid etmək indi çətinləşib. Araşdırma yazıları işləmək üçün maliyyə, vaxt və peşəkarlıq lazımdır. Əyalətdə bu çox çətindir”.

Buna da bax:​ «Cənub xəbərləri»nin harayı

Zahir Əmənov hesab edir ki, əyalətlərdə qəzetə ekspert tapmaq da çətindir. Üstəlik, nöqsanlar adiləşib.

Mətbuatın ağır dövrü

Redaktorun fikrincə, Azərbaycan mətbuatı böhranlı dövrlərini yaşayır. O deyir ki, nəhəng mətbuat orqanlarını susduranlar “Cənub Xəbərləri” qəzetinin də səsini kəsə bilər:

“ANS susdurulub, “Ayna-Zerkalo”, ”Azadlıq” və sair qəzetlərin fəaliyyəti dayandırılıb. Bütün müstəqil, tənqidçi saytlara giriş bağlanıb. Qəzetin buraxılması ilə bağlı Facebook-da anons verdik. 200-dən artıq şəxs səsimizə səs verdi. Facebook-da olan bir çox dostlar müəyyən səbəbdən bunu “bəyənmə”yə belə cəsarət etmədilər”.

Buna da bax:​ Masallının bütün problemlərinin səbəbi: kasıbçılıq

“Pensiyamızdan, əmək haqqımızdan kəsib qəzet buraxırıq”

Zahir Əmənov bir çox insanların biganəliyindən də şikayətlənir. Redaktor deyir ki, insanlar indi susmağa daha çox üstünlük verirlər:

“Əksəriyyət qulağının dibində adam öldürsələr də mətbuata məlumat vermir, yazmaq istəmir. Hər rayonda 100-dən artıq jurnalist təşkilatların üzvləri var. ”Qızıl qələm”, nə bilim ...”Brilyant qələm” sahibləri olsa da ortada bir araşdırma, bir ciddi yazıya rast gəlmirsən. Heç bir sponsorumuz yoxdur. Özümüz bir neçə adamın işini görməklə, pensiyamızdan, əməkhaqqımızdan kəsib, bir az da dostların məhdud maliyyəsi ilə qəzeti buraxdıq”.

Buna da bax:​ Cənub qəzetləri, yaxud qəzetə sığınan radiolar

O hesab edir ki, ”Cənub xəbərləri” qəzeti bölgədəki xəbər boşluğunu doldurmaq və dövlətə əngəl törədənlərin nöqsanlarını üzə çıxarmaqdan ötrü mütləq çap olunmalıdır:

“Qəzetimizi səbirsizliklə gözləyənlər az deyil. Mərkəzdə çap edilən tənqidi mövqeli qəzetlərin başı öz problemlərinə qarışıb. Əyalət tədricən yaddan çıxır. Ümid qalır bizə. Bizim də gücümüz böyük fasilələrlə qəzet buraxmağa çatır...”

“Cənub Xəbərləri” qəzeti çap olunduğu 25 il ərzində tənqidi yazılara görə dəfələrlə məhkəməyə verilib. Ancaq, hələ ki, çapını davam etdirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG