Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:03

Faiq Əmirlinin məhkəməsinə şahidlər məcburi gətiriləcək


Faiq Əmirli məhkəməyə gətirilərkən
Faiq Əmirli məhkəməyə gətirilərkən

"Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Bu iş üzrə 50-dən artıq şahid var. Onların bir qismi dindirilsə də, təxminən 20-25 nəfər məhkəməyə gəlmir.

ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in (Ankara onun ötən ilki çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen isə bunu inkar edir) təbliğatçısı kimi həbs olunan, sonradan isə "Azadlıq" qəzetinə görə vergidən yayınmaqda suçlanan Faiq Əmirlinin işinə Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyeva baxır. İyunun 21-də keçirilən məhkəmədə "Qaya" mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev ifadə verib. O bildirib ki, Faiq Əmirli qəzetin baş redaktorunun etibarnaməsi əsasında hər ay gəlib hesabat apararaq, satılmış qəzetlərin pulunu və satılmayan nüsxələri götürüb aparırdı. X.Əliyevin sözlərinə görə, qəzetin satışından əldə olunan vəsaitin 35 faizi "Qaya"ya qalırdı, qalanı isə "Azadlıq"a verilirdi: "Satılmış nüsxələrin pulu müqaviləyə əsasən, nağd şəkildə alınır, buna görə mədaxil orderi alınırdı".

Buna da bax:​ Faiq Əmirlinin məhkəməsində 2 manatlıq elan söhbəti

“HEÇ BİRİ ƏMİRLİYƏ PUL VERMƏYİB”

Ardından hakimə məlumat verilib ki, qalan şahidlər məhkəməyə çağırılsa da, gəlməyiblər.

Növbəti məhkəmə iclasını iyunun 22-nə təyin edən hakim bildirib ki, çağırılan şahidlər yenə gəlməsələr, onların haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.

Vəkil Aqil Layıcov.. 21 iyun 2017
Vəkil Aqil Layıcov.. 21 iyun 2017

Məhkəmədən sonra AzadlıqRadiosu-na danışan vəkil Aqil Layıcov bildirib ki, onlar şahidlərin hamısının dindirilməsində israrlıdırlar. Çünki indiyədək dindirilən şahidlərin ifadələri Faiq Əmirliyə qarşı ittihamların absurdluğunu sübut edir: "Məsələn, şahidlər bildirirlər ki, heç biri Faiq Əmirliyə pul verməyiblər. İstintaq orqanı qəzetin çap, kağız xərclərini, satılmayan nüsxələri nəzərə almadan, bütün tiraja satış qiyməti ilə vergi hesablayıb. Yayım firmalarının nümayəndələri məhkəmədə dindiriləndə bildirdilər ki, satışdan gələn pulun hamısı qəzetə verilmirdi, 35-40 faizi onlara çatırdı. Bu baxımdan, biz o adamların hamısının dindirilməsində israrlıyıq. Fethullah Gülen ittihamına gəlincə, hələ ki, ortaya heç bir sübut qoya bilməyiblər".

Buna da bax: Bibisinin ev elanını 'Azadlıq'da yerləşdirən məhkəmədə dindirilib

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

F.Əmirliyə verilmiş bəzi ittihamlar isə məhkəməsi öncəsi götürüldü. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Buna da bax: 'Faiq Əmirlinin hansı məscidə getdiyini görən olmayıb'

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG