Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:15

Kosovo erkən parlament seçkisinə gedir


Kosovoda erkən parlament seçkiləri

İyunun 11-də Kosovoda erkən parlament seçkiləri keçirilir. Ölkə aylardır davam edən siyasi sabitsizliyə son qoyulacağına ümid edir.

Bu, Kosovo 2008-ci ildə Serbiyadan ayrıldığını elan edəndən üçüncü səsvermədir, bir il erkən çağrılıb. Belə ki, baş nazir Isa Mustafa-ya parlament etimadsızlıq göstərib.

Kosovonun 1,8 milyonluq əhalisinin çoxu siyasətçiləri yüksək işsizlik səviyyəsinə görə ittiham edir.

Buna da bax:​ Kosovo hökumətinə etimadsızlıq göstərdilər

Növbəti hökumət özəlləşdirməyə daha yaxşı nəzarəti təmin etməli, işlək hərbi cinayətlər məhkəməsi yaratmalıdır.

2015-ci ildə imzalanmış iki razılaşma səsverməyə təsir göstərən böyük məsələlər sayılır. Biri Monteneqroyla sərhədin müəyyən olunması, digəri isə Kosovodakı etnik serblərin hakimiyyətini gücləndirən sazişdir. Qanunvericilikdə islahatları əngəlləyən də məhz bu məsələlər olub.

Kosovo əhalisinin üçdə biri yaşı 15-dən az olanlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG