Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:52

Kosovo hökumətinə etimadsızlıq göstərdilər


Isa Mustafa

Mayın 10-da Kosovo parlamentində keçirilən səsvermədə hökumətə etimadsızlıq göstərilib. Yəni, ölkədə bir ildən çoxdur davam edən siyasi böhrandan sonra növbədənkənar seçkilər keçiriləcək.

Parlamentin 120 üzvündən 78-i baş nazir Isa Mustafa-nın hökumətinə qarşı səs verib. Bununla da Mustafa-nın Kosovo Demokratik Liqası (LDK) və prezident Hashim Thaci-nin Demokratik Partiyasının (PDK) yaratdığı koalisiya sona çatıb.

Hakim koalisiyada gərginlik elə bu iki partiya arasındakı narazılıqdan yaranmışdı. Etimadsızlıq səsverməsini müxalifət istəsə də, PDK onu dəstəkləyirdi.

Seçkilər hökumətin iflasından sonra 45 gün ərzində keçirilməlidir. Prezidentin həftənin sonunadək seçkinin vaxtını elan edəcəyi gözlənir.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılıb. Onun müstəqilliyini Serbiyadan başqa 114 ölkə tanıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG