Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:10

Qətər dəstəyə görə Rusiyaya təşəkkür bildirib


Doha

Qətərin xarici işlər naziri Muhammad ben Abdurrakhman Al Tani ölkəsi ilə bir sıra Ərəb dövlətləri arasındakı böhranın fəsadlarından qaçmaqda yardım vədinə görə Moskvaya təşəkkürünü bildirib.

RİA Novosti-nin məlumatına görə,Al Tani iyunun 10-da Moskvada rusiyalı həmkarı Sergei Lavrovla görüşüb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla bir sıra ərəb ölkələri bu günlərdə Qətərlə diplomatik münasibətləri dayandırıb.

Bu ölkələr Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edirlər.

Al Tani deyib ki, Qətər bütün fikir ayrılıqlarının, Fars körfəzi ölkələri əməkdaşlıq şurası formatı çərçivəsində dialoq yolu ilə həllinin tərəfdarıdır.

Sergei Lavrovsa deyib ki, Moskva digər ölkələrin işləri və ya onların 3-cü ölkələrlə ikitərəfli münasibətlərinə qarşımır, amma öz tərədaşları arasında münasibətlərin pisləşməsindən narahatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG