Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:39

Trump-la Macron May-ə dəstək bildirirlər


Emmanuel Macron, Donald Trump və Theresa May

ABŞ prezidenti Donald Trump və fransalı həmkarı Emmanuel Macron iyunun 9-da Britaniyanın baş naziri Theresa May-ə zəng edib, ona dəstək bildiriblər.

May hazırda yeni hökumət formalaşdırmağa çalışır. İyunun 8-də keçirilən seçkidə o, parlament çoxluğunu itirdi. Bundan sonra müxalifət May-in istefasını tələb edir.

Buna da bax:​ Mühafizəkarlar yeni hökümət formalaşdırır

Macron-la Trump isə May-lə münasibətlərin saxlanmasına tərəfdar olduqlarını sərgiləyiblər.

Trump deyib ki, ABŞ-la Britaniya arasında “xüsusi münasibət”i saxlamağın tərəfdarıdır.

May Trump-ı Ağ evdə ziyarət etmiş ilk xarici lider olub və Dövlət Departamenti onu “etibarlı müttəfiq” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG