Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

Azərbaycan Mərkəzi Bankının iyunun 9-da açıqladığı statistik bilgilərdə belə deyilir. Həmin bilgilər 2017-ci ilin ilk 4 ayını əhatə edir.

Mərkəzi Bankın bildirməsinə görə, mayın 1-nə kredit qoyuluşlarında problemli kreditlərin ümumi məbləği 1 mlrd. 594 milyon manata çatıb.

Aprelin 1-də isə bu göstərici nisbətən az - 1 mlrd. 590,3 milyon manat təşkil edib.

Buna da bax:​ 'ABB-nin iflası dünya maliyyə bazarını çökdürə bilər'

Bir ayda problemli kreditlər 0,23 faiz artıb.

Problemli kreditlər aprelin 1-də ümumi kreditlərin 9,8 faizini təşkil edirdisə, bir ay sonra bu göstərici 10,31 faizə qədər artıb.

Bir il əvvəl, 2016-cı ilin mayın 1-də isə problemli kreditlərin məbləği 1 mlrd. 381 milyon manat (7,36 faiz) olmuşdu.

Buna da bax:​ Ekspert: 'Bank sektorunda yeni bir şok dalğası qaçılmazdır'

Ancaq bəzi ekspertlər deyillər ki, problemli kreditlər daha çox arta bilərdi. Sadəcə, kredit verilməsi kəskin azalıb. Üstəlik, bununla belə onlar hesab edirlər ki, reallıqda problemli kreditlər daha yüksəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG