Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:41

Putin: 'Narahat olmayın, xoşbəxt olun!'


Sankt Peterburq. Beynəlxalq iqtisadi forum. Vladimir Putin, 02iyun2017

ABŞ 2015-ci il Paris iqlim dəyişikliyi razılaşmasından çıxandan sonra dünyanın bir çox liderləri gələcək sarıdan narahatlıqlarını paylaşıblar. Ancaq Rusiya prezidenti Vladimir Putin məsələyə daha nikbin yanaşır.

“Narahat olmayın, xoşbəxt olun!”, – o, Sankt Peterburqda keçirilən iqtisadi forumda deyib. Putin-in sözlərinə görə, iqlim razılaşması 2021-ci ilədək rəsmən qüvvəyə minmir və ölkələrin qlobal istiləşməylə mübarizədən ötrü illəri var.

Buna da bax:​ Gözlər Amerikada: iqlimlə bağlı qərar gözlənilir

Putin deyib ki, ABŞ prezidenti Donald Trump-ın sazişdən çıxmaq qərarını mühakimə etmək istəmir, ancaq düşünür ki, Vaşinqton paktda qala bilərdi, bundan ötrü Obama administrasiyasının götürdüyü öhdəliyin miqyasını kiçildə bilərdi. Əvvəlki administrasiya atmosferə buraxılan istixana qazlarının həcmini xeyli dərəcədə azaltmaq öhdəliyini götürmüşdü.

Rusiya Paris razılaşmasını imzalasa da, ratifikasiya etməyib. Rusiyanın sənəd çərçivəsində boyun olduğu azalmalar digər ölkələrinkindən xeyli azdır, əslində, ona gələcəkdə atmosferə buraxılan qazları azaltmağa deyil, artırmağa imkan verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG