Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:04

Nils Muyjnieks: ‘Azərbaycan vətəndaş fəallarını azad etməlidir’


Nils Muiznieks

Avropa Şurası insan hüquqları üzrə komissar Nils Muyjnieks bu gün, mayın 17-də bəyanat verərək Azərbaycanda həbsdə olan vətəndaş fəallarının azadlığa buraxılmasını istəyib.

"Bu gün bloqqer və gənc fəal İlkin Rüstəmzadənin həbs olunmasından dörd il ötür. O 2013-cü il mayın 17-də həbs edilib. İ.Rüstəmzadə Bakıda "Harlem Shake" rəqsinin ifasına görə xuliqanlıq ittihamı ilə həbs olunub”, deyə vurğulayan komissar başqa bir sıra olayları da xatırladıb.

Buna da bax:​ Nils Muiznieks: ‘İnsan haqları müdafiəçilərinə sahə daralıb’

İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

“Bir neçə gündən sonra "İlqar Məmmədov Azərbaycana qarşı" işi üzə Avropa İnsan Hüquqları Məhkəməsinin qərar çıxarmasının üç ili tamam olacaq. Məhkəmə belə nəticəyə gəlib ki, REAL Hərəkatının lideri cənab Məmmədovun həbsində məqsəd onu susmağa məcbur etmək və ya hökuməti tənqid etdiyinə görə cəzalandırmaqdır. Üç il keçib, ancaq İlqar Məmmədov, hələ də həbsdədir. Bayram Məmmədov və Qiyas İbrahimov da həbsdədir. Onlar narkotik maddə ittihamı ilə 10 il azadlıqdan məhrum ediliblər. İki fəal 2016-cı ilin yayında keçmiş prezidentin abidəsini yazdıqdan sonra həbs olunublar”.

Komissar bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı da narahatlığını bildirib.

Buna da bax: Avropa komissarı Mehman Hüseynovun həbsini pisləyir

“Son illər ilk dəfə ona qarşı diffamasiya ilə bağlı ittiham irəli sürülüb. O, polisdə amansız davranışdan şikayət etdikdən sonra iki il həbs cəzası alıb”.

Bəyanatda daha sonra oxuyuruq:

“Bu səbəblərdən Azərbaycandakı vəziyyət məni narahat edir. 2015-ci ildən mən Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında yeddi iş üzrə çıxış edirəm. Fikrimcə, bunlar ölkədə insan hüquqları problemini əks etdirir: ifadə azadlığının məhdudlaşdırılması, QHT-lər üçün məkanın məhdudlaşdırılması, hüquq müdafiəçilərinin və onların vəkillərinin rəsmən təqib edilməsi.

Mənim müdaxilə etdiyim işlər üzrə ərizəçilər artıq, azadlıqda olsalar da biz həbsdə olan digərlərini də unutmamalıyıq”.

Buna da bax:​ «Azərbaycan dəyərləri bada verir»

Komissar Azərbaycan hakimiyyətinə üz tutaraq insan hüquqları sahəsində öz öhdəliklərinə əməl etməyə və öz qanuni vətəndaş fəallığını nümayiş etdirərkən həbs olunan şəxsləri azadlığa buraxmağa səsləyib.

Human Rights Watch

Human Rights Watch beynəlxalq insan hüquqlarını müdafiə təşkilatının tədqiqatçısı Giorgi Gogia da bu gün, mayın 17-də verdiyi açıqlamada İlkin Rüstəmzadənin həbsinin 4 ilinin tamam olmasını xatırladıb.

“İ.Rüstəmzadə törətmədiyi cinayətə görə dörd ildir ki, həbsdədir. Bu çox uzun müddətdir. O, dərhal azadlığa buraxılmalı, təməl hüquq və azadlıqlarından istifadə etməsinə imkan verilməlidir”, Giorgi Gogia qeyd edir.

Buna da bax:​ HRW: 'Bloqqerin həbsi Azərbaycanın bir az da aşağı yuvarlandığını göstərir'

Kütləvi iğtişaşların təşkilində ittiham edilən “NİDA” Vətəndaş Hərəkatının fəalı İlkin Rüstəmzadə 8 il Azadlıqdan məhrum edilib.

Xatırlatma

Azərbaycanın yerli hüquq müdafiə təşkilatları ölkədə 160 civarında siyasi məhbusun olduğunu bildirirlər. Yayılan məlumatlara görə, onların 10-dan çoxu jurnalist və bloqqerlərdir. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər. Hakimiyyət təmsilçilərinin deməsinə görə, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG