Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 18:47

HRW: 'Bloqqerin həbsi Azərbaycanın bir az da aşağı yuvarlandığını göstərir'


Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"

«Məşhur bloqqer Mehman Hüseynovun həbsi hətta Azərbaycan kimi ölkənin bir az da aşağı yuvarlandığını göstərir». «Human Rights Watch» (HRW) beynəlxalq insan haqları təşkilatının Cənubi Qafqaz direktoru Giorgi Gogia belə yazır.

M.Hüseynov keçən həftə Nəsimi rayonunun polis idarəsinin rəisinə böhtan atmaqda günahlandırılaraq, 2 illik həbs cəzası alıb.

MESAJ

Bloqqer polis məntəqəsində işgəncəyə məruz qaldığını deyirdi. Onun sözlərinə görə, yanvarın 9-da bir qrup şəxs ona hücum edərək başına torba keçirib, ağzını bağlayıb, zorla maşına oturdaraq polis məntəqəsinə aparıb. Orada M.Hüseynov başıbağlı halda üzüaşağı salladıldığını, bu vəziyyətdə döyüldüyünü, toka verildiyini, özündə olmadığı halda hansısa sənədə imza atmağa məcbur edildiyini xatırladığını danışıb.

Buna da bax-Mehman Hüseynov: 'Nə göstəriş verilibsə, o olacaq'

Yanvarın 10-da bloqqer polisə tabe olmamaqda günahlandırılmış, 200 manat cərimə edilərək azadlığa buraxılmışdı. Vəkili M.Hüseynovla görüşəndə bədənində işgəncə əlamətlərini gördüyünü demişdi.

Giorgi Gogia yazır ki, polisin bu davranışında məqsəd hakimiyyətin M.Hüseynova mesajını çatdırmaq idi: «O, araşdırmalarını dayandırmasa, nəticələrlə üzləşəcəkdi».

Məqalədə M.Hüseynovun fəaliyyətini dayandırmadığına, hətta polisdən şikayət etdiyinə, üstəlik, prezidentin həyat yoldaşı Mehriban Əliyevin vitse-prezident vəzifəsinə təyinatıyla bağlı sorğu keçirdiyinə görə cəzalandığı qeyd olunur. Video-sorğuda M.Hüseynov adi vətəndaşların bu barədə fikrini öyrənmişdi.

SƏDD

Müəllif M.Hüseynovun da Azərbaycanda siyasi fəaliyyətinə görə həbsə atılan onlarla jurnalist, bloqqer və fəalın cərgəsinə qatıldığını bildirir, hökuməti onu azadlığa buraxmağa, işgəncəyə əl atan polis məmurlarını isə cəzalandırmağa çağırır.

Buna da bax-Əli Həsənov Mehmanın həbsindən danışdı

Yazıda Azərbaycanın polis məntəqələrində işgəncə və məhbuslarla kobud davranış hallarının həll edilməyən problemə çevrildiyi vurğulanır. M.Hüseynovun həbsinin isə təkcə polis cəzasızlığıyla sonuclanmadığı, həm də ədalət axtarışında olan digər şəxslərin qarşısına sədd çəkdiyi vurğulanır.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə martın 6-da son günlər Mehman Hüseynovun həbsiylə bağlı bəzi daxili və xarici təşkilatların Azərbaycan hakimiyyətinə çağırışlarına münasibət bildirib. O, APA-ya açıqlamasında qeyd edib ki, M.Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG