Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:38

Avropa komissarı Mehman Hüseynovun həbsini pisləyir


Nils Muižnieks.

Avropa Şurası insan hüquqları üzrə komissar Nils Mujnieks (Nils Muižnieks) bloqqer Mehman Hüseynovun barəsində hökmü pisləyib.

Bu haqda komissar tvitterdəki mikrobloqunda yazır.

O, hakimiyyəti bloqqeri azad etməyə çağırıb.

“Sərhədsiz reportyorlar” təşkilatı da analoji reaksiya verərək M.Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edib.

“Turan” Agentliyinin bilgisinə görə, tanınmış beynəlxalq hüquq-müdafiə təşkilatları koalisiyası Mehman Hüseynovun işi üzrə Azərbaycan hökumətinə ünvanlanacaq ümumi bəyanat hazırlayırlar.

Buna da bax:​ Sərhədsiz Reportyorlar: 'Azərbaycanda jurnalistlərin təqibi davam edir'

Xatırlatma

Mehman Hüseynov martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il azadlıqdan məhrum edilib.

Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Buna da bax:​ Mehman Hüseynovun həbsinə reaksiyalar [yenilənir]

Mehman Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Onun şikayətində Mehman Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı dedikləri polisə böhtan kimi dəyərləndirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG