Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:48

Mehman Hüseynovun həbsinə reaksiyalar [yenilənir]


Mehman Əliyev
Mehman Əliyev

Videobloqqer Mehman Hüseynovun həbsi bir çoxları üçün gözlənilməz olub. «Turan» İA-nın direktoru Mehman Əliyev AzadlıqRadiosuna deyir ki, belə bir gediş gözləmirmiş: «Açığı, gözləmirdim. Nəsə demək çox çətindir. Ancaq aparılan həbslər, təzyiqlər xəttin sərtləşməsindən xəbər verir».

«BÖHTAN MADDƏSİYLƏ HƏBSİ GÖZLƏNİLMƏZDİR»

Amma M.Əliyev bu siyasi xəttin uğursuz olduğunu düşünür: «Azərbaycanda 2005-ci ildən jurnalistlərə təzyiqlər, həbslər artıb. Ancaq son 12 ildə hakimiyyətə qarşı tənqidlər internetdə, sosial şəbəkələrdə artıb, azalmayıb. Bu da onun göstərir ki, bu yolla mübarizə aparmaq mənasızdır».

Buna da bax-Mehman Hüseynov: 'Nə göstəriş verilibsə, o olacaq'

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev də hökmü təəccüblə qarşılayıb. Hərçənd daha sonra deyib:

Arif Əliyev: «Uzun illərdir Azərbaycan öyünürdü ki, böhtana görə heç kimi həbs etmirik».
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid


«Beynəlxalq təşkilatların hesabatlarına görə, bu gün Azərbaycanda 12 jurnalist və bloqqer həbsdədir. Bu, beynəlxalq aləmdə ən yüksək göstəricilərdən biridir. Bu baxımdan, onun həbsini o qədər də gözlənilməz adlandırmazdım. Azərbaycan üçün geniş yayılmış praktikadır. Sadəcə, böhtan maddəsi ilə həbs edilməsi, bax, bu gözlənilməzdir. Uzun illərdir Azərbaycan öyünürdü ki, böhtana görə heç kimi həbs etmirik. Beynəlxalq təşkilatların da tələbi budur ki, belə hallara Mülki Məcəllə çərçivəsində baxılsın. Prezident də 2010-cu ildən buna moratorium qoymuşdu. Həbslər də bu maddələrlə aparılmırdı. Bununla da uzun illər debat mövzusu olan problem, diffamasiya məsələsi gündəmə qayıdır».

Arif Əliyev
Arif Əliyev

«HƏBSLƏR YENİDƏN ARTA BİLƏR»

A.Əliyev hesab edir ki, yaxın zamanlarda həbslər yenidən arta bilər: «Əslində, həbs olunası jurnalistlər də çox qalmayıb. Çünki müxalif və müstəqil mövqedə dayanan KİV-lər öz fəaliyyətini dayandırıb, böyük əksəriyyəti nəzarət altındadır. Bu cür bir neçə müstəqil jurnalistlərin dənlənməsi prosesi sürətlənə bilər. Xüsusən də nəzərə alsaq ki, Azərbaycan İslam Olimpiadası ərəfəsindədir. Bu cür tədbirlər ərəfəsində ölkə hakimiyyətinin tənqidi güclənir. Hakimiyyət də, nədənsə, çıxış yolunu həbslərdə görür».

Buna da bax:​ Mehman Hüseynova 2 il həbs verilib- [video]

Mehman Hüseynov videobloqqer kimi bəzi məmurların, deputatların mülklərini çəkir və onların bunları necə əldə etməsi ilə bağlı açıq suallar qoyurdu. Bəzən rəsmilər ona hansısa formada cavab verməyə məcbur qalırdılar. Bu həbsdən sonra belə çəkilişlər mümkün olacaqmı?

Mehman Əliyev düşünür ki, son zamanlar internet, sosial şəbəkələrin imkanları artmaqdadır, ona görə də hakimiyyətin yolu «yol deyil» və «islahatlara getməli olan iqtidar siyasətini və baxışlar dəyişməlidir» söyləyir.

Fazil Mustafa
Fazil Mustafa

«KİMİNSƏ SİFARİŞİYLƏ KİMLƏRİNSƏ VURULMASI...»

Milli Məclisin İnsan haqları komitəsinin üzvü, deputat Fazil Mustafa videobloqqerin sifarişlə bəzi məmur və deputatlara aid olduğu deyilən mülk və obyektləri çəkdiyini ehtimal edir:

Fazil Mustafa: «Bəzi şübhələr vardı ki, məmurlara aid olmayan evləri, əşyaları çəkir».
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid


«Onun hansı motivlə həbs edildiyini söyləmək çətindir. Çünki bəzi şübhələr vardı ki, məmurlara aid olmayan evləri, əşyaları çəkir. Çəkdiklərinin inandırıcılığı yox idi. Onun çəkdikləri birmənalı qarşılanmırdı. Kiminsə sifarişiylə kimlərinsə vurulması prinsipinə daha çox uyğun gəlirdi. Mən hakimiyyətin onun şəxsinə münasibətinin necə olması haqda fikir söyləməkdə çətinlik çəkirəm».

Buna da bax: Mehman Hüseynov: 'O, mən deyiləm'

Amma deputat bildirir ki, Mehman Hüseynovun həbsinə etirazı varsa, bunu siyasi motivli sayırsa, ali məhkəmə instansiyalarına, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna sahibdir: «Yenə deyirəm ki, həbsin motivlərindən məlumatım yoxdur. Ancaq siyasi xarakterli məsələdirsə, bunun məhkəmə qurumlarına bir aidiyyəti olmamalıdır. Buna görə də o, apellyasiya şikayəti verə bilər, sonda da Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Məhkəmə şəxsin hər hansı hüquqlarının pozulması ilə keçibsə, onda həmin qurumlar məsələni obyektiv araşdırıb qiymət verməlidirlər».

“ONDA EYFORİK DURUM YARADIRDILAR”

Zahid Oruc
Zahid Oruc

“Mən arzu edərdim ki, mübarizələr qanun çərçivəsində aparılsın”. Deputat Zahid Oruc videobloqqer Mehman Hüseynovun həbsi haqda AzadlıqRadiosu-na danışarkən belə deyir.

“Qardaşından fərqli olaraq, o, ictimai mübarizənin tamam fərqli yolunu seçmişdi. Bir döyüşçü, “bir nəfər partiyadır” stilində müxtəlif vəzifə adamlarının malik olduğu mülk, ev haqda məlumatları ictimailəşdirirdi. Ancaq həmin dövrdə ona hər hansı basqı müşahidə edilməmişdi”, – deputat söyləyir.

Zahid Oruc belə güman edir ki, virtual şəbəkədə ətrafında çox sayda insanın “lövbər saldığı” Mehman Hüseynovu “təşviqedən”, “davakarlığa sürükləyənlər” olub.

Zahid Oruc: 'Qardaşından fərqli olaraq, o, ictimai mübarizənin tamam fərqli yolunu seçmişdi'
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00
Direct-ə keçid

“Onun qardaşı Emin Hüseynovun məktubunda, ya da müraciətində də bu məqamlar vardı. O söyləyirdi ki, Mehman bir sıra hallarda çox ciddi səhvlərə, şişirtmələrə yol verir, ümumiləşdirmələrini makroskopik səviyyədə (belə ifadə yerinə düşərsə) aparır. Çox mümkündür ki, onun ətrafında düşərgə quraraq Mehmanı davakarlığa, toqquşmaya sövq edənlər mövcud idi. Onda eyforik durum yaradırdılar”.

Buna da bax:​ Bloqqerin işgəncə şikayəti əsaslı sayılmadı

Zahid Oruc Mehman Hüseynovun həbsinin motivini dəqiq bilmədiyini söyləsə də, o, bloqqerin məsələnin hüquqi tərəflərini yuxarı məhkəmə instansiyalarında davam etdirə biləcəyini bildirir.

O ki qaldı beynəlxalq idman tədbirləri ərəfəsində Azərbaycan hakimiyyətinin müstəqil jurnalistləri “profilaktika məqsədiylə” həbs etməsi haqda deyilənlərə, deputat iddia edir ki, bu cür tədbirlər ərəfəsində müxalif qüvvələr daha çox radikallaşırlar, bu tribunadan öz maraqları üçün daha çox yararlanmağa çalışırlar.

XATIRLATMA

Martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynova 2 il həbs cəzası kəsib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Videobloqqer isə həbsini özünün jurnalist fəaliyyətiylə əlaqələndirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG