Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 16:18

Nils Muiznieks: ‘İnsan haqları müdafiəçilərinə sahə daralıb’


Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks

Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks insan haqları qruplarının fəaliyyət sahəsinin daraması ilə bağlı narahatlığını ifadə edib.

O, qeyd edib ki, son illərdə bir neçə Avropa ölkəsində birləşmək azadlığına dair geriləmələr müşahidə olunur.

Buna da bax:​ Avropa komissarı Mehman Hüseynovun həbsini pisləyir

“Bu ölkələrdə artan təzyiq və əngəllər müxtəlif formalarda üzə çıxır. Leqal və administrativ məhdudiyyətlər baş verir. Yeni məhdudlaşdırıcı qaydalara əməl olunmamasına görə, cinayət ittihamları da daxil olmaqla məhkəmə təqibləri və sanksiyalar işə düşür. Qarayaxma kampaniyaları, təhdid və hətta fiziki zorakılıq baş verir. Bəzi hallarda ictimai-siyasi mühit o qədər bərbad olur ki, insan haqları fəalları ya kənara, ya da yeraltına çəkilməyə vadar olur”.

Nils Muiznieks-in bu gün, aprelin 5-də komissarlığın səhifəsində yayılan məqaləsində Azərbaycana da yer verib. İnsan haqları komissarı Azərbaycanda QHT-lərə basqıları pisləyib.

Buna da bax:​ Leyla Yunus: 'Mən deyərdim ki, İlham Əliyev qaçdı...'

“2014-cü ilin yayında Azərbaycan hökuməti nüfuzlu insan haqları müdafiəçilərinə və sivil fəallara qarşı genişmiqyaslı repressiyalara başlayıb və onların çoxu saxta cinayət ittihamları ilə həbs edilib. İnsan haqları müdafiəçilərinə “vətən xaini” və “xarici agent” damğası vurulub. 2016-cı ildə bir neçə fəal azad edilsə də, digərləri, hələ də həbsdə qalır”, insan haqları komissarı məqaləsində qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG