Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:45

Suriya Demokratik qüvvələri Raqqaya yaxınlaşır


Suriya Demokratik qüvvələri (SDF), 11 May, 2017

Suriya kürdlərinin rəhbərlik etdiyi qüvvələr İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının paytaxt elan etdiyi Raqqa şəhərinə yaxınlaşırlar.

Bu haqda mayın 13-də Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb. ABŞ-ın da dəstəklədiyi Suriya Demokratik qüvvələrinin (SDF) şəhərin şimal-şərqinin 4 kilometrliyinə yaxınlaşdığı bildirilir.

Buna da bax:​ Tabqa şəhəri İŞİD-dən alınıb

Bir gün öncə SDF komandirləri bildirib ki, yayın əvvəlinə Raqqaya hücum edəcəklər.

Kürd fəal Mustafa Bali-nin sözlərinə görə, SDF, sadəcə, Raqqanı mühasirəyə almağa çalışır və şəhərə hücum daha gec baş verəcək.

Raqqa ələ keçirilərsə, bu, ABŞ-ın dəstəklədiyi koalisiyadan ötrü böyük qələbə olar.

Buna da bax: Suriyada İŞİD-i geri oturdurlar

İŞİD 2014-cü ildə Suriya və İraqda böyük ərazilər ələ keçirib. Son zamanlar bir sıra cəbhələrdə, məsələn, iraqın Mosul şəhərində geri oturdulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG