Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:14

2017-ci ilin birinci rübünün nəticələrinə görə, «Şahdəniz» yatağında hasil edilən qazın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11.1 faiz azalıb. Bu, təqribən 300 milyon kubmetr azalma deməkdir.

«BP-Azerbaijan» («Şahdəniz» yatağının operatoru) şirkətinin bu gün, mayın 10-da ictimaiyyətə açıqladığı hesabatda bildirilir ki, rüb ərzində yataqdan 2.4 milyard kubmetr qaz və 4.6 milyon barel kondensat hasil edilib.

2016-cı ilin yanvar-mart aylarında BP və tərəfdaşları «Şahdəniz» yatağından 2.7 milyard kubmetr qaz, 5 milyon barel kondensat hasil etmişdilər.

BP bildirir ki, «Şahdəniz»dəki mövcud qurğuların hasilat gücü hazırda gündə 30 milyon (ildə 10.9 milyard) kubmetrdir.

Birinci rüb ərzində «Şahdəniz» üzrə fəaliyyətlərə 113 milyon dollar əməliyyat və 835 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti gələcək hasilata aiddir.

«Şahdəniz» yatağının işlənməsi üzrə saziş 1996-cı il iyunun 4-də bağlanılıb.

Səhmdarlar BP (28.8 faiz), TPAO (19 faiz), «Petronas» (15.5 faiz ), SOCAR (10 faiz), «LUKoil» (10 faiz), NICO (10 faiz) və SGC (6.7 faiz) şirkətləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG