Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:54

İraq qüvvələri Mosulun şimalına irəliləyirlər


İraq qüvvələri. 2may2017

İraq qüvvələri Mosul şəhərinin şimal tərəfinə doğru irəliləyir, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan onlarla dinc sakini azadlığa çıxarırlar. Bu haqda İraq hərbi komandirləri məlumat yayıblar.

Hərbi federal polisin rəhbəri Raed Chaker mayın 6-da bildirib ki, onun rəhbərlik etdiyi qüvvələr Mosulun şimal-qərbində, İŞİD-in nəzarətində olan al-Haramat rayonuna girib, təxminən 500 metr irəliləyə biliblər. Bu hücum mayın 3-də başlanıb. O, 15 yaraqlının öldürüldüyünü qeyd edib.

Buna da bax:​ ABŞ Mosulda 200 dinc sakiinin ölümü ilə bağlı araşdırmaya başlayıb

Bir gün öncə yayılmış məlumatlara görəsə, ABŞ-ın dəstəklədiyi İraq qüvvələri İŞİD-i Mosulun qərbindəki Musherfa bölgəsindən çıxara biliblər, onlarla dinc sakin Mosulun şərqinə, daha təhlükəsiz yerlərə göndərilib.

BMT Mosulun İŞİD-in nəzarətində olan bölgələrində 300 mindən 500 minədək sakinin qaldığını, bəzi yerlərə ərzaq çatdırmağın mümkünsüzlüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG