ABŞ ordusu koalisiya qüvvələrinin İraqın Mosul şəhərinə hava zərbələri endirməsi nəticəsində dinc sakinləin öldrülməsi faktını araşdırmağa başlayıb.
Hüquq müdafiəçilərinin məlumatına görə, martın 17-dən başlanan bombardmanlar nəticəsində iki yüz nəfərə yaxın dinc sakin ölüb.
Koalisiya qüvvələri bombardmanı İraq hökumətinin xahişi ilə etdiyini bildiriblər.
Martın 23-də endirilən hava zərbələri nəticəsinə üç bina dağıdılıb.
The Guardian qəzeti yazır ki, xilasedicilər təkcə bir binanın dağıntıları altından 80 nəfərin cəsədini çıxarıb.