Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 20:56

Azərbaycanda 763 2-ci Dünya Müharibəsi iştirakçısı var


Müharibə iştirakçıları. 09May2014

İkinci Dünya müharibəsində qələbənin ildönümü ilə bağlı birdəfəlik maddi yardım 13 min 312 nəfərə veriləcək. Onların 763 nəfəri müharibə iştirakçısıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında belə yazılır.

Bu il ikinci Dünya müharibəsi iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilir. Bu, ötən ilkindən 200 manat çoxdur.

Buna da bax:​ Veteranlara 1000 manat birdəfəlik yardım veriləcək

Həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə, təltif edilmiş şəxslərə isə (cəmi 12 min 549 nəfər) bu il 500 manat verilir. Bu, ötən ilkindən 100 manat çoxdur.

Birdəfəlik maddi yardımdan ötrü dövlət büdcəsindən cəmi 7,2 mln manat ayrılıb və plastik kart hesablarına köçürülüb.

Prezidenti İlham Əliyev aprelin 24-də ikinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımların verilməsi haqqında sərəncam imzalayıb.

Buna da bax: «1944-cü ildə Krımda döyüşmüşəm»

Sərəncam müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə, təltif edilmiş şəxslərə də şamil edilir.

Fərman İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat, digərlərinə isə 500 manat birdəfəlik maddi yardımların verilməsini nəzərdə tutur.

Adətən, 9 May - Qələbə günü ərəfəsində ölkə başçısı müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə, təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar verir.

Buna da bax:​ 92 yaşlı veteran Qarabağın azadlığını görmək istəyir

2015-ci ildə 18881 nəfərə birdəfəlik maddi yardım ödənilib. Həmin yardım alanların 1342 nəfəri bilavasitə müharibə iştirakçısı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG