Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:21

Veteranlara 1000 manat birdəfəlik yardım veriləcək


İkinci Dünya müharibəsi iştirakçıları

Prezidenti İlham Əliyev aprelin 24-də İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam həmçinin, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə, təltif edilmiş şəxslərə də şamil ediləcək.

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar 1000 manat məbləğində olacaq.

Buna da bax:​ DİN sairin oğlunun öldürüldüyünü deyir

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxslər, arxa cəbhədəki xüsusi birləşmələrin işçiləri, Leninqrad (Sankt-Peterburq) şəhərinin müdafiçiləri isə 500 manat alacaqlar.

Birdəfəlik yardımların ödənilməsindən ötrü prezidentin ehtiyat fondundan 7,2 milyon manat ayrılıb.

Rəsmi bilgilərə görə, hazırda Azərbaycanda 1230-dan artıq, İkinci Dünya müharibəsi veteranı yaşayır.

Buna da bax: Azərbaycan tarixçiləri Bağırov cinayətlərinə necə haqq qazandırır...

Adətən, 9 May - Qələbə günü ərəfəsində ölkə başçısı müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar verir.

2015-ci ildə 18881 nəfərə birdəfəlik maddi yardım ödənilib. Həmin yardım alanların 1342 nəfəri bilavasitə müharibə iştirakçısı olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG