Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:41

DİN sairin oğlunun öldürüldüyünü deyir


Fikrət Qoca

3 gün öncə, martın 11-də Bakıda vəfat edən Yalçın Qocayevin öldürüldüyü bildirilir.

Yalçın Qocayev Azərbaycan xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın oğludur.

Daxili İşlər Nazirliyi ( DİN) onun qətlində şübhəli bilinən 3 nəfəri saxlayıb.

DİN-in bu gün, martın 14-də yaydığı məlumata görə, Vətən Müharibəsi Veteranlar Birliyinin M.Cəlal küçəsində yerləşən Nəsimi rayon şöbəsinin inzibati binasında Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin səbəbi açıqlanmır. Hələlik saxlanan şəxslərin vəkillərinin ittihama münasibətini öyrənmək mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG