Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:37

“France Football” jurnalı bu mövsümdə ən çox qazanan futbolçu və məşqçilərin siyahısını tutub.

Bu barədə nəşrin rəsmi saytında məlumat yerləşdirilib.

Ən çox qazanan futbolçu Madridin “Real” və Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldodur. O, bu mövsüm 87,5 milyon avro qazanıb.

İkinci yerdə 76,5 milyonla “Barselona” və Argentina millsinin futbolçusu Lionel Messi, 3-də isə 55,5 milyon avro ilə onun braziliyalı komanda yoldaşı Neymar gəlir.

Ən çox qazanan məşqçi isə ingiltərənin “Mançester Yunayted” klubunu çalışdıran Jose Mourinhodur -28 milyon avro.

İkinci yerdə 23,5 milyonla Çin millisinin baş məşqçisi Marçello Lippi, 3-də isə 20 milyon avro ilə PSJ-nin keçmiş baş məqşqçisi Loran Blandır.

Bu reytinq siyahısı maaş, mükafat və reklamlardən gələn gəlirlər əsasında hazırlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG