Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:50

Hüquq müdafiəçisi: 'Xəzərdə yeni qəzalar ola bilər'


Neft daşları.

“Neft Daşları”nda yeni qəzalar baş verə bilər”.

Belə bir narahatlığı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bəyan edib.

Hüquq müdafiəçisi qeyd edib ki, “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “Neft Daşları”ndakı Neft və Qaz Çıxarma İdarəsində 1-ci mədəninə gedən estakada üzərindəki yol uçmaq təhlükəsi ilə üz-üzədir:

“'Neft Daşları'nın ərazisindəki 5-ci mədənin yolu tam təmirə bağlanıb. Buna görə, ərazidə çalışan işçilər 1-ci mədənin ərazisi ilə işə gedib-gəlmək məcburiyyətində qalıblar. Həmin yol isə uçmaq təhlükəsi altındadır”.

Buna da bax:​ Qum adasında neft yatağında ağır qəza baş verib [yenilənir]

Hüquq müdafiəçisi deyir ki, bütün bunlara baxmayaraq həmən yoldan işçilərin və ağır boruların avtomobillərdə daşınmasında istifadə edilir.

M.Qəhrəmanlı haqqında danışdığı yoldakı problemləri də sadalayıb.

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

“Estakadaların üzərindəki beton piltələr korroziyaya uğrayıb. Onlarin orta hissələri ovulub dənizə tökülüb. Onların yerinə dəmir kütlələr döşəyirlər. Bəzi yerlərdə gözə çarpmasın deyə, həmin dəmir kütlələrin üzərini asfaltla örtüblər. Aşkar şəkildə görünür ki, estakadanın sol tərəfi dənizə doğru əyilib”, deyən hüquq müdafiəçisi buna heç bir rəsminin əhəmiyyət vermədiyini qeyd edib.

Buna da bax: Xəzər yavaş-yavaş neftçilər məzarlığına çevrilir [video]

“Yəqin növbəti qurbanların olmasını gözləyirlər”, hüquq müdafiəçisi vurğulayıb.

Novruz bayramı ilə bağlı iş günü olmadığından “Azneft” İstehsalat Birliyi və Dövlət Neft Şirkətindən (SOCAR) bu açıqlamalara münasibət almaq mümkün olmayıb. Həmin qurumlar, hələ ki, susur.

SOCAR-ın bayram günlərində hər hansı açıqlaması olmayıb. Şirkət bayramın ilk günündə - martın 20-də "Bahar" dəniz yatağının 409 saylı platformasında bir nəfərin ölümü ilə nəticələnən faciəli qəza barədə də ictimaiyyəti bilgiləndirməyib.

Buna da bax: SOCAR-da nə baş verir? Köhnələr tapılmamış, təzə neftçilər itkin düşdü... [video]

Sözügedən qəzada platformada işləyən neftçilər yüksəklikdən yıxılmışdılar. Bu zaman 1973-cü il təvəllüdlü Ayaz Məmmədov dənizə düşərək həlak olmuşdu.

Qeyri-rəsmi bilgilərdə qeyd edilir ki, daha iki neftçi bədən xəsarətləri alıb. Onların aqibəti haqda da rəsmi hər hansı bilgi yoxdur.

Ancaq son vaxtlar neftçilərin üzləşdiyi qəzalar bununla bitmir.

Buna da bax:​ ‘Dəniz estakadalarından imtina etmək lazımdır’

2016-cı il dekabrın 15-də səhər saatlarında N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın bir hissəsinin və onun üzərindəki budkanın dənizə uçması ilə 10 nəfər neftçi dənizə düşmüşdü. Onlardan birinin meyiti həmin gün tapılaraq ailəsinə təhvil verilib. 9 neftçinin itkin düşdüyü açıqlanıb. Daha sonra isə 5 neftçinin meyiti aşkar edilərək sahiblərinə verilib. Qalan neftçilər, hələ də rəsmən itkin sayılır.

Həmin vaxt açılan cinayət işi ilə bağlı da ictimaiyyətə bilgi verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG