Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:36

‘Dəniz estakadalarından imtina etmək lazımdır’


Estakadalar
Estakadalar

“Xəzərdə dəniz estakadasının uçması nəticəsində insanların həlak olmasına görə, məsuliyyət təhlükəsiz əmək şəraiti yaratmaq öhdəliyi daşıyan işverənin üzərinə düşür”.

Bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Xəzər dənizindəki qəzanın səbəblərindən bəhs edən M.Qəhrəmanlının sözlərinə görə, 150 metr uzunluğu olan estakada qəza vəziyyətində idi. Ya sökülməli, ya da əsaslı yenidənqurma işləri aparılmalı idi.

Buna da bax:​ İtkin düşən neftçilərin axtarşı davam edir

“Məhz qəza vəziyyətində olan estakada ona bitişik, içərisində 10 neftçi olan yaşayış vaqonunu da arxasınca çəkib. Əmək Məcəlləsinə əsasən, vəziyyətə ictimai nəzarəti həmkarlar ittifaqları həyata keçirməlidir. Amma Azərbaycanda həmkarlar ittifaqları işverənə xidmət edir. 80 min nəfərdən ibarət Neft və Qaz Sənayesi Həmkarlar İttifaqları Komitəsinin öz saytı belə yoxdur”, o deyib.

M.Qəhrəmanlı qeyd edib ki, əmək müfəttişliklərinin real səlahiyyətləri yoxdur.

“Hələ SOCAR müəssisələrində nəzarətin həyata keçirilməsini demirəm. İnsanların ölümünə səbəb olan qəzalar cəzasız qalır. 2015-ci ilin dekabrında “Günəşli” yatağındakı platformada 30 neftçinin həlak olduğu yanğından sonra heç kim məsuliyyətə cəlb olunmayıb”.

Buna da bax:​ Prezidentin Xəzərdəki qəza ilə bağlı sərəncamı

M. Qəhrəmanlı Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə işlərində səriştəsizliyə yol verdiyini düşünür.

“İndi qəza az sulu yerdə baş verib. Amma xilasetmə işləri səriştəsiz keçirildiyinə görə, çox sayda texnika və canlı qüvvə cəlb olunmasına baxmayaraq, dənizçilərin cəsədlərini tapa bilmirlər”, deyə o bildirib.

M. Qəhrəmanlı dənizdə estakadalardan tamamilə imtinanın və dərin sulu platformalara keçməyin zəruri olduğunu hesab edir:

“Digər tərəfdən, son illər estakadalarda qəzaların səbəbi rəhbərlərin məsuliyyətsizliyi, təmir işlərinə ayrılan vəsaitin qeyri-şəffaf xərclənməsidir”

Buna da bax:​ 'Budka' dənizin dibindən tapıldı, amma boşdur...

XATIRLATMA

Dekabrın 15-də Xəzərdə Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçması nəticəsində 10 neftçi dənizə düşüb. Onlardan birinin cəsədi sonradan tapılıb. Qalanların axtarışı davam edir.

Prezident İlham Əliyevin sərəncamı ilə axtarış-xilasetmə tədbirləri üzrə qərargah yaradılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Buna da bax: SOCAR-da nə baş verir? Köhnələr tapılmamış, təzə neftçilər itkin düşdü... [video]

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev AzadlıqRadiosu-na müsahibəsində bu məsələdə onlara yönəlik tənqidlərlə razılaşmadığını bildirmişdi. «Mən göydəki Allah deyiləm hər şeyin qarşısını alım. Həmkarlar İttifaqının qüvvəsi də elə qüvvə deyil ki, bütün məsələləri həll edə bilsin»-deyə o vurğulamışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG