Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 09:51

'Budka' dənizin dibindən tapıldı, amma boşdur...


Qəza baş verən estakada
Qəza baş verən estakada

Dekabrın 15-də “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş faciəli hadisədə itkin düşmüş neftçilərdən xəbər yoxdur.

Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında belə deyilir.

Buna da bax:​ Estakada uçub, neftçilər itkin düşüb

SOCAR bildirir ki, hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib. Dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb.

Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

SOCAR həmçinin, axtarış işlərinə əlavə dalğıc gəmilərinin, helikopter və gəmilərin cəlb edildiyini bildirib.

Buna da bax: 'Budkaqarışıq dənizə getdilər'

Xatırlatma

Dekabrın 15-i səhər saat 5 radələrində «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə düşməsi nəticəsində 10 neftçi itkin düşüb. Onlardan yalnız birinin, İlham Qafarovun cəsədi tapılıb. Qalan neftçilərin axtarışı davam edir.

Bu, son illər Xəzərdə Azərbaycan neftçilərinin üzləşdiyi heç də yeganə faciəli hadisə deyil.

Buna da bax:​ SOCAR-da nə baş verir? Köhnələr tapılmamış, təzə neftçilər itkin düşdü... [video]

2014-cü ildə də «Azneft» İstehsalat Birliyinin strukturuna daxil olan bu idarədə 3 dəfə qəza baş verdiyi, nəticədə 5 nəfərin həlak olduğu bildirilir.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında baş verən yanğında isə itkin düşənlərdən bəzilərinin cəsədləri, hələ də, tapılmayıb. Həmin yanğın zamanı 64 nəfərdən 34-ü xilas edilmişdi. Onda itkin sayılan 30 neftçidən 15-dən çoxunun meyiti doğmalarına verilməyib.

Buna da bax:

İtkin düşən neftçilərə görə məsuliyyət kimin üzərinə düşür?- [sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG