Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 06:45

Xəzər yavaş-yavaş neftçilər məzarlığına çevrilir [video]


Neftçilərin ölümündə günahkar kimdir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Neftçilərin ölümündə günahkar kimdir? [A-Live]

Martın 20-də "Qum" adasındakı “Bahar” neft yatağında baş verən qəzada 1 neftçi həlak olub, ikisi xəsarət alıb.

Qəzanın səbəbi nədir? Hadisə baş verməyə bilərdimi?

Bu suallara cavab verməyə çalışacağıq. Hələlik martın 20-də baş verən hadisənin detallarına nəzər salaq.

"Bahar" yatağı qaz-kondensat yatağıdır. Bakıdan 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1948-ci ildən istismar olunur.

Buna da bax:​ Qum adasında neft yatağında ağır qəza baş verib [yenilənir]

SOCAR-dan AzadlıqRadiosu-na bildirdilər ki, bu hadisə ilə bağlı hansısa şərh verə bilməzlər, çünki yatağın idarəçiliyi “Bahar Energy” şirkətinə aiddir. “Bahar energy”nin ofis telefonlarını gün ərzində qaldıran olmadı.

"Qum" adası, "Bahar" yatağı
"Qum" adası, "Bahar" yatağı

2014-cü ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi və AzadlıqRadiosu, Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun iştirakıyla “Bahar Energy Limited” şirkətinin arxasındaki gizlinləri aşkara çıxarıb.

Araşdırmaya görə, dövlət adından nefti satmalı olan Dövlət Neft Şirkətinə - SOCAR-a bağlı 2 şəxs əlaqələrindən yararlanaraq saziş bağlayıblar.

Buna da bax:​ Nərimanov NQÇİ-də daha bir qəza

Bu sazişlər isə əslində nə dövlətə, nə də həmin yataqlarda çalışanlara sərf etmir. Bu sövdələşmədən kimin mənfəət götürdüyü uzun zaman sirr qalıb.

Bu müəmmanın arxasından SOCAR-ın indiki prezidenti Rövnəq Abdullayevin qayınatası Adəm Əliyev və SOCAR-ın Neft və Qaz Tədqiqatları və Dizaynı İnstitutunun rəhbəri Fəxrəddin İsmayılov çıxmışdı. Onlar “Bahar Energy” şirkətinin həmtəsisçisi olan "Rafi Oil" şirkətinin ilk direktorları olublar.

Mirvari Qəhrəmanlı.
Mirvari Qəhrəmanlı.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, onun neftçilərlə qeyri-rəsmi söhbətlərindən belə anlaşılır ki, estakadada təmir üçün uyğun şərait yaradılmayıb. Adının çəkilməsini istəməyən, “Bahar” yatağında uzun illər işləmiş bir mühəndis Mirvari Qəhrəmanlıya deyib ki, həmin estakadanı sonuncu dəfə 2013-cü dəfə görüb və onun fikrincə, estakada o qədər çürüyüb ki, orada iş görmək üçün əsaslı təmir aparılmalıdır:

“Ordakı təmir əsaslı təmir adıyla gedib, amma əsaslı təmir olmayıb. Dirəklərin əsasən dənizdə qalan hissəsi də onları maraqlandırmayıb, bir gün eşidəcəksiz ki, həmin özül gedib dənizin dibinə. Hər yerdə cari təmir işləri aparılıb, bu insanlar da “Bahar” əməliyyat şirkətinin təmir -tikinti departamentinin işçiləri olublar. Onlar özülün alt hissəsində qaynaq əməliyyatı apararkən çürüntü hissədən düşüblər dənizin içinə”.

Buna da bax:​ '335 milyonluq ofis və yararsız estakada'

Mirvari Qəhrəmanlı deyir ki, istehsalatda qəzaların olmamasına nəzarət edən Əmək Müfəttişliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır, onlar isə susur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Bəs kim zəmanət verir ki, estakada təhlükəsizlik standartına uyğundur. “Neft Araşdırmaları Fondu”nun rəhbəri İlham Şaban deyir ki, bu işə Fövqəladə Hallar Nazirliyi baxır.

O iddia edir ki, “Bahar energy” estakadaları necə və hansı vəsait hesabına təmir etdirməsi haqqında hesabat açıqlamır. İlham Şabanın sözlərinə görə, Xəzərdəki estakadaların əsaslı təmirə və bunun üçün də ciddi məbləğdə kapitala ehtiyac var:

“Tutaq ki, bir insan ölüb. Buna görə, “Bahar energy” 1 milyon dollar təzminat verməyə məcbur edilsəydi, 5 milyon dollar da cərimə ödəsəydi, hesab edirəm ki, belə hadisələrin sayı azalardı”.

Buna da bax:​ ‘Dəniz estakadalarından imtina etmək lazımdır’

Son beş ildə Xəzərin dalğaları azı 44 neftçinin həyatına son qoyub alıb, qəzalarda 35 neftçi yaralanıb.

Buna da mütləq bax:

Sizcə, neftçilərin təhlükəsizliyi necə qorunur?
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG