Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:41

Nərimanov NQÇİ-də daha bir qəza


Xəzər dənizi, dağılan və 10 neftçinin itkin düşdüyü estakada təmir işləri aparılır, dekabr 2016
Xəzər dənizi, dağılan və 10 neftçinin itkin düşdüyü estakada təmir işləri aparılır, dekabr 2016

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə məxsus 41 saylı platformasında qəza baş verib.

Gəmilərdən çənlərə dizel yanacağı vurularkən yanacaq doldurulmuş çənlərin ağırlığına dözməyən meydançanın uçduğu qeyd edilir.

Bu haqda Neftçilərin Hüquqlarının Müdafiəsi Cəmiyyətinin rəhbəri Mirvari Qəhrəmanlı xəbər yayıb.

Buna da bax: Estakada uçub, neftçilər itkin düşüb

Onun bildirdiyinə görə, çənlər dənizə düşüb.

“Ölüm hadisəsi olmayıb. İşçilər başqa platformaya köçürülüblər. Dənizin çirklənməsini yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yoxlayacaq. Hal hazırdaidarənin rəhbərliyi hadisə yerindədir”, M.Qəhrəmanlı bildirib.

O, həmçinin sözügedən idarənin fəaliyyətinin araşdırılmasının vacibliyini ifadə edib.

“Turan” agentliyi xəbər verir ki, SOCAR-da olayın baş verməsini təsdiqləyib.

SOCAR hadisənin yanvarın 4-də gecə saatlarında baş verdiyini, xəsarət alanların və yanacağın dənizə tökülmədiyini açıqlayıb.

Xatırlatma

N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində ötən ay da qəza baş vermişdi.

2016-cı il dekabrın 15-də 1 saylı mədəndə estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşmüşdü. Neftçilərdən, hələlik,yalnız bir nəfərin cəsədi tapılaraq ailəsinə təhvil verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG