Keçid linkləri

2017, 24 Mart, Cümə, Bakı vaxtı 12:08

Bakı şəhər prokurorluğu bu gün, martın 17-də gənc yazar Mövlud Mövludun ölümü ilə bağlı məlumat yayıb.

Həmin məlumatda M. Mövludun intihar etdiyi bildirilir. İlkin ehtimala görə, intihara səbəb kimi onun həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması göstərilir.

Məlumatda bildirilir ki, intihar olayı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Buna da bax:​ Gənc yazar Mövlud Mövlud intihar edib

“Rayon prokurorluğu və polis əməkdaşları hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçiriblər. Maddi sübutlar götürülüb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib”, məlumatda deyilir.

Xatırlatma

Gənc yazar Mövlud Mövlud bu il martın 16-da vəfat edib. Onun özünü 17-ci mərtəbədən atdığı söylənir.

Mövlud Mövlud gənc yazıçı və köşə yazarı idi.

Buna da bax: Mövlud Mövlud. Səndən adam olmayıb, olmayacaq da!..

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsindən bildirib ki, hələ, ötən ilin 9 ayı ərzində Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb.

Ekspertlər Azərbaycanda intiharlarla bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə bir çox hallarda rəsmi qurumlar intiharların gerçək səbəblərini gizlədirlər.

Buna da bax:

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG