Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:57

M.Ə.Rəsulzadənin anım günüdür


Məhəmməd Əmin Rəsulzadə

Bu gün, martın 6-sı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində, tanınmış ruhani ailəsində doğulub.

O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib. M.Ə.Rəsulzadə Müsavat Partiyasının qurucularından olub.

Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib.

M.Ə. Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb. Moskvadan isə gizlin mühacirətə gedib.

Tale belə gətirib ki, M.Ə.Rəsulzadə ömrünün bütün qalan hissəsini mühacirətdə yaşamalı olub və 1955-ci il martın 6-da Ankarada müalicə aldığı xəstəxanada üç dəfə «Azərbaycan» deyərək gözlərini dünyaya əbədi yumub.

Günün bütün mövzuları

XS
SM
MD
LG