Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:32

Minsk deyir ki, Belarus və Rusiyada qazın qiyməti yaxınlaşdırılmalıdır


Foto arxiv

Belarusun energetika naziri Vladimir Potupçik bildirib ki, ölkə rəhbərliyi ittifaq dövlətləri olan Rusiya və Belarusda qazın qiymətinin yaxınlaşdırılmasına çalışır.

Bu barədə Rusiya və Qərb agentlikləri məlumat yayıb.

Nazir qeyd edib ki, indi hər şey hər iki tərəfin siyasi iradəsindən aslıdır.

O qeyd edib ki, Minsklə Moskva 2019-cu il iyulun 1-dək birgə elektrik enerjisi bazarı, 2025-ci il yanvarın 1-dəksə ümumi qaz bazarı yaratmağı planlaşdırırlar, buna görə də qazın qiymətini maksimum yaxınlaşdırmaq lazımdır.

Nazir deyib ki, bütün üzvlər üçün bərabər şərait yaradılması da daxil olmaqla Avrasiya İqtisadi Birliyi çərçivəsində nəzərdə tutulan bütün normalar yerinə yetirilməlidir.

Vladimir Potupçik qeyd edib ki, Belarusun sənaye istehlakçıları Rusiyadan fərqli olaraq qaza görə iki dəfə artıq pul ödəyirlər, amma sıravi vətəndaşlar ödənişi vaxtında etmədiyindən, nazirliyə tabe olan müəssisələr Rusiyaya olan börcu kreditlər yolu ilə ədəməyə məcbur olurlar.

Qeyd edək ki, 2016-cı ildən qazın qiymətinə görə Minsklə Moskva arasında mübahisə yaranıb.

Rusiyanın energetika naziri Aleksandr Novak bundan əvvəl demişdi ki, Rusiya Berlarusdan qaza görə olan brcun tam ödənilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG